
ÇL: “Ən vacibi pley-offa vəsiqə qazanmaqdır”
“Bayern”in baş məşqçisi Vensan Kompanı UEFA Çempionlar Liqasındakı mövqeləri barədə danışıb.
Komanda.az xəbər verir ki, belçikalı çalışdırıcı mətbuat konfransında məqsədlərinin mümkün qədər çox xal toplamaq olduğunu bildirib:
“Bilirdik ki, xal itkisinə yol vermək olmaz. Qarşıda bizi PSJ və “Arsenal”a qarşı çətin oyunlar gözləyir. İndi əsas məqsəd mümkün qədər çox xal toplamaqdır. Amma düşünmürəm ki, ilk səkkizliyə düşmək faktoru Çempionlar Liqasını qazanmaq şansına ciddi təsir edir. Keçən mövsümün PSJ-si buna yaxşı nümunədir. Məncə, bu dəfə də həlledici rol oynamayacaq. Ən vacibi pley-offa vəsiqə qazanmaqdır və bu gün biz buna doğru mühüm addım atdıq”.
“Bayern” dünən doğma meydanda Belçika “Brügge”sini 4:0 hesabı ilə məğlub edib. Komanda növbəti turda, noyabrın 4-də səfərdə PSJ ilə qarşılaşacaq.
Münhen təmsilçisi üç turdan sonra maksimum nəticə göstərərək, 9 xal toplayıb.
Bizi Facebook-da izləyin



