Kompani “İnter”lə oyun haqda: “Bizim cavab matçımız var”

“Bayern”in baş məşqçisi Vensan Kompani Dortmund “Borussiya”sına qarşı keçirəcəkləri oyundan əvvəl UEFA Çempionlar Liqasında “İnter”ə məğlubiyyətin (1:2) komandaya təsir edə biləcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az “Bayern&Germany”-yə istinadən xəbər verir ki, belçikalı çalışdırıcı hələ ki, “İnter”lə matçın nəticəsinin məğlubiyyətə oxşamadığını deyib:

“Hələ ki, məğlubiyyətə oxşamır, bizim cavab matçımız var. Ötən mövsüm “Borussiya” ilə oyunda işlərin yaxşı getməsi bizim üçün əlavə motivasiyadır. Bizim enerji problemimiz yoxdur, amma azarkeşlərə ehtiyacımız var, onlar bizi ruhlandırır”.

Almaniya çempionatının 29-cu turunun “Bayern” – “Borussiya” matçı aprelin 12-də keçiriləcək. Oyunun start fiti saat 20:30-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button