Kompani Keyn haqda: “Biz düzgün qərar verəcəyik”
Bu gün UEFA Çempionlar Liqasında 2-ci turun “Aston Villa” – “Bayern” oyunu keçiriləcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen komandasının baş məşqçisi Vensan Kompani hücumçu Harri Keynin vəziyyətini şərh edib:
“Düşünürəm ki, Keynin bu gün meydanda olduğunu gördüz, hər şey yaxşı getdi. Amma hələ də gözləməli və oyun günü onun vəziyyətini dəyərləndirməli olacağıq. Biz düzgün qərar verəcəyik. O, bu gün məşq etdi və ümid edirəm ki, hər şey yaxşı olacaq”.
Keyn həftəsonu Almaniya çempionatında “Bayer”lə oyunda (1:1) zədələnmişdi.
“Aston Villa” – “Bayern” matçı saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin