Kompani İngiltərəyə qayıdır – baş məşqçi kimi
Belçika millisinin və “Mançester Siti”nin keçmiş müdafiəçisi Vensan Kompani “Bernli”ni çalışdırmağa hazırlaşır.
Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, klub yaxın vaxtlarda belçikalı ilə müqavilə imzalamağı planlaşdırır.
“Bernli” Premyer Liqada son mövsümdə 18-ci yeri tutaraq, Çempionşipə düşüb.
2020-ci ilin avqustuna qədər “Anderlext”də futbolçu-məşqçi kimi çıxış edən Kompani, futbolçu karyerasını bitirib və baş məşqçiliyə başlayıb. O, mayın 25-də “Anderlext”in baş məşqçisi postunu tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin