Kompani Almaniya klubunun qərarını gözləyir
“Bernli”nin baş məşqçisi Vensan Kompani “Bayern”in “sükanı arxasına” keçməyə hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı mütəxəssis “Bayern” rəhbərliyinin qərarını gözləyir. Amma Münhen klubunun rəhbərliyi hələ Kompaninin baş məşqçi postu üçün uyğun biri olduğuna əmin deyil.
Xatırladaq ki, Kompani alman dilini bilir. Çünki o, futbolçu karyerası ərzində “Hamburq”un heyətində Bundesliqada çıxış edib.
Kompaninin xidmətində “Çelsi” klubu da maraqlıdır.
Kompani bu mövsüm “Bernli”ni İngiltərə Premyer Liqasında saxlaya bilməyib. Komanda elitaya yüksəldikdən bir il sonra yenidən Çempionşipə düşüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin