“Kompani əla iş görür” – “Bayern”in prezidenti
“Bayern”in prezidenti Herbert Hayner mövsümün əvvəlində Vensan Kompaninin rəhbərliyi altında komandanın uğuruna təəccüblənmədiyini etiraf edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun rəhbəri Kompaninin əla iş gördüyünü bildirib:
“Mən təəccüblənmirəm, çünki bilirdik ki, birinci dərəcəli komandamız var. Kompani əla iş görür, öz üslubu sayəsində oyunçular üzərində qələbə qazana bildi. Onun fitri istedadı var, özü də tanınmış futbolçu olub. O, nə danışdığını bilir, ulduzlarla dolu paltardəyişmə otağının prinsiplərini başa düşür”.
Keçən mövsüm “Bernli”ni İngiltərə Premyer Liqasından aşağı düşməkdən xilas edə bilməyən belçikalı məşqçinin təyinatı çoxunu təəccübləndirib. Bununla belə, o, Münhendəki işinə inamlı başlayıb. Onun komandası 6 rəsmi görüşün hamısında qalib gəlib, 4 oyunda isə rəqiblərini darmadağın edib.
“Bayern” bu gün öz meydanında hazırkı Almaniya çempionu “Bayer”lə qarşılaşacaq.
Bizi Facebook-da izləyin