“Komo” tanınmış futbolçuya qapını göstərdi

“Komo” yarımmüdafiəçisi Dele Alli ilə müqaviləni vaxtından əvvəl ləğv edib.

Komanda.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı açıqlamada bu barədə bildirilib:

“Klub Deleyə burada keçirdiyi müddət üçün təşəkkür edir və gələcək karyerasında ona uğurlar arzulayır”.

Ayrılığın səbəbi kimi ingiltərəli futbolçunun daimi oyun praktikası istəyi və klubun bunu təmin edə bilməməsi göstərilib. 29 yaşlı yarımmüdafiəçi 2024/25 mövsümündə cəmi bir oyuna çıxıb və məhsuldarlıq göstərə bilməyib.

Dele Alli ən yaxşı vaxtlarını “Tottenhem”də keçirmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button