Fabreqas keçmiş komanda yoldaşını “Komo”ya aparmaq istəyir
Sesk Fabreqasın rəhbərlik etdiyi “Komo” “Lion”un yarımmüdafiəçisi Nemanya Matiçi almaqda maraqlıdır.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, maddi şərtlər müqavilə bağlamaq üçün uyğun olarsa, serbiyalı oyunçu İtaliyaya köçməyi düşünəcək.
Matiç və Fabreqas “Çelsi”də birgə çıxış ediblər.
36 yaşlı futbolçu 2024-cü ilin yanvarında “Lion”a keçib. O, bu mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 18 oyun keçirib.
Matiç əvvəllər “Renn”, “Roma”, “Mançester Yunayted”, “Benfika” və “Vitess” klublarında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin