
“Komanın PSJ-yə keçəcəyinə əmin deyiləm”
Transfer mütəxəssisi Fabrisio Romano “Bayern”in vingeri Kinqsli Komanın PSJ-yə mümkün transferi ilə bağlı şayiələrə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, konkret nə isə danışmaq üçün hələ tez olduğunu bildirib:
“Eşitdiklərimə görə, bunu konkret, qaçılmaz bir şey adlandırmaq olmaz. Komanın PSJ-yə keçəcəyinə əmin deyiləm”.
Mətbuatda Paris klubu ilə 28 yaşlı futbolçu arasında danışıqlara başlanılması ilə bağlı məlumatlar yayılıb.
Koman 2017-ci ildən “Bayern”də çıxış edir. Fransalı futbolçu PSJ-nin yetirməsidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin