“Bayern” Koman üçün ərəblərlə anlaşıb
“Bayern” yarımmüdafiəçi Kinqsli Komanın transferi ilə bağlı “Əl-Hilal”la razılığa gəlib.
Komanda.az “Ekip”-ə istinadən xəbər verir ki fransalı futbolçunun özü hələ Səudiyyə Ərəbistanından olan klubla razılığa gəlməyib, çünki o, İngiltərə Premyer Liqasından təklif alacağına ümid edir. Komanın arzusu İngiltərə çempionatında oynamaqdır.
Onun Münhen təmsilçisinin yeni baş məşqçisi Vensan Kompaninin planlarına daxil olmadığı bildirilir.
28 yaşlı futbolçunun “Bayern”lə müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin