“Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəm”
Azərbaycan millisinin futbolçusu Bəxtiyar Həsənalızadənin “Kəpəz”ə keçməsinin səbəbi məlum olub.
Komanda.az xəbər verir ki, o, məsələ ilə bağlı klubun mətbuat xidmətinə açıqlama verib. Futbolçu Azərbaycanda bir neçə klubdan təklif alsa da, Gəncə təmsilçisinə keçməyə qərar verib:
“Düşündüm ki, mənim üçün ən yaxşı yer məhz “Kəpəz”dir. Ona görə də, bu komandanı seçdim”.
Bəxtiyar yeni komandasına tez uyğunlaşmaq istədiyini dilə gətirib:
“Yaxşı kollektiv qurulub, hamı bir-birilə mehribandır. Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəm”.
Həsənalızadə “Kəpəz” azarkeşlərindən də söz açıb:
“Onlar sayılıb-seçilən fanatlardır. Hər oyunda kifayət qədər tərəfdar olur. Stadionda yaxşı atmosfer yaradırlar. Onları sevindirmək üçün bütün gücümüzü ortaya qoyacağıq. Ümid edirəm ki, bu mövsüm daha yaxşı nəticələr qazanacağıq”.
Bəxtiyar Həsənalızadə “Kəpəz”lə 1 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin