“Hələ də komandamı yaxşı tanımıram” – “Çelsi”nin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Enzo Mareska etiraf edib ki, o, komandasının heyətini hələ kifayət qədər öyrənməyib.

Komanda.az London klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı komandasını yaxşı tanımadığını bildirib:

“Mən hələ də komandamı yaxşı tanımıram. Mövsümöncəsi hazırlıq çox çətin və gərgin keçdi, matçlar müxtəlif şəhərlərdə keçirildi. İndi nəhayət, normal bir həftə keçirə bilərik. Bazar ertəsi bir gün istirahətimiz var, ondan sonra “Mançester Siti” ilə oyuna hazırlaşmağa başlayacağıq”.

Bazar günü londonlular mövsümöncəsi hazırlıq çərçivəsində son yoxlama oyununu keçiriblər. Komanda doğma meydanda “İnter”i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Premyer Liqanın ilk turunda, avqustun 18-də “Stemford Bric”də “Çelsi” “Mançester Siti”ni qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button