Komandasına AÇ-2024-ə vəsiqə qazandıran baş məşqçi istefa verdi
Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi istefa verib.
Komanda.az xəbər verir ki, 62 yaşlı mütəxəssis komandasına AÇ-2024-ün final mərhələsinə vəsiqə qazandırsa da, vəzifəsindən ayrılmaq qərarına gəlib.
O, seçmə mərhələnin Moldova (3:0) ilə son turunun matçından sonra qərarını açıqlayıb. Onun komandası E qrupunda ikinci yeri tutaraq, final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Şilqavi 2018-ci ildən Çexiya yığmasını çalışdırırdı. Milli komanda onun rəhbərliyi altında AVRO-2020-nin 1/4 finalına qədər irəliləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin