AL: Alleqri üzgün olduğunu deyib, futbolçulara təşəkkür etdi

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri Avropa Liqasının (AL) yarımfinalının “Sevilya” ilə cavab qarşılaşmasından sonra (1:2) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şey üçün oyunçularına təşəkkür edib:

“Futbolçularım əllərindən gələni etdilər. Cütün taleyini xırda detallar həll etdi. Oyunçularıma hər şeyə görə təşəkkür edirəm.

Çox üzgünəm. Belə vacib oyunlarda vurulan qoldan buraxılan qola qədər hər şey bir an içində cərəyan edir. Yaxşı oyun keçirdik. Belə matçlardan təcrübə qazanmalıyıq. Bu, daha çox təcrübəsi az olan futbolçulara aiddir”.

İki oyunun nəticəsinə əsasən, “qoca sinyora” La Liqa klubuna uduzub və mübarizəni dayandırıb. “Sevilya” həlledici qarşılaşmada “Roma” ilə qarşılaşacaq.

Avropa Liqasının final oyunu mayın 31-də, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button