Komandası qalib gəldi, Luçeskunun halı pisləşdi
Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçeskunun “Minay”la oyundan sonra halı pisləşib.
Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssisə tibbi yardım göstərilib.
“Dinamo” oyunda 2:0 hesabı ilə qalib gəlsə də, Kiyev klubunun çalışdırıcısı özünü pis hiss edib. Böyük ehtimalla, o, qarşıdakı oyunlarda komandasına rəhbərlik edə bilməyəcək.
Jurnalistlərdən biri hadisənin şahidi olub:
“Mən Luçeskunun maşınına yaxınlaşıb dedim ki, mister, oyunla bağlı bir neçə kəlmə danışmaq olar? Amma gördüm ki, onun halı pisdir. O, mənim sağ əlimdən tutub zorla ayaq üstündə dayandı. Onu paltardəyişmə otağına apardılar, yəqin ki, orda tibbi yardım göstərilib”.
Luçeskunun 77 yaşı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin