Komandası kubok qazandı, David Vilya karyerasını başa vurdu
Futbol üzrə Yaponiya kubokunun qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, həlledici oyunda “Vissel Kobe” ilə “Kashima Antlers” üz-üzə gəlib.
Heyətində Andres İnyesta, David Vilya və Lukas Podolskinin yer aldığı “Vissel Kobe” 2:0 hesablı qələbə qazanmaqla Yaponiya kubokunun qalibi olub. Bu, sözügedən klubun 54 illik tarixində ilk belə uğurdu.
Bu oyun “Vissel Kobe”nin ispaniyalı ulduz futbolçusu David Vilyanın karyerasında sonuncu matç olub. 38 yaşlı hücumçu karyerasını titulla başa vurub. Amma o, bu oyunun əlavə olunmuş dəqiqələrində meydana buraxılıb.
Xixon “Sportinq”inin yetirməsi olan David Vilya “Saraqosa”, “Valensiya”, “Barselona”, “Atletiko” (Madrid), “Nyu York Siti”, “Melburn Siti” klublarında da forma geyinib. İspaniya millisinin sabiq üzvü 2019-cu ildən Yaponiya təmsilçisində çıxış edirdi.
Bizi Facebook-da izləyin