
Komandası Hüseynovsuz xal itirdi
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.
Komanda.az xəbər verir ki, sözügedən komanda 17-ci turda səfərdə “Krumovqrad”la qarşılaşıb.
Matç qolsuz bərabərliklə başa çatıb.
Cəlal bu görüşün iştirakçısı olmayıb. O, sona qədər ehtiyatda qalıb. “Arda” 17 turdan sonra 31 xalla 6-cı pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin