Komandası darmadağın olsa da, futbolçuları ilə fəxr edir
“Brayton”un baş məşqçisi Roberto de Zerbi İngiltərə Premyer Liqasının 35-ci turunun “Everton”la matçından sonra (1:5) açıqlama verib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, futbolçuları ilə fəxr etdiyini söyləyib:
“Hazırkı durumu izah etmək çətindir. İlk qolu 30-cu saniyədə buraxdıq. Bu gün meydançada əsl “Brayton” yox idi. Qətiyyən bizim günümüz deyildi. Bilirsiz, problem taktiki məsələlərdə deyil. Oyuna yaxşı motivasiya ola bilməmişdik. Qısa müddətdə çoxlu matçlar oynamaq heç asan deyil.
Futbolçularımla fəxr edirəm. Bütün məsələlərdə hər zaman ilk cavabdeh şəxs baş məşqçidir. Bu, mənim məsuliyyətimdir. Qarşıya qoyduğumuz hədəflər uğrunda mübarizə aparmaq istəyiriksə, növbəti matça hazırlaşmalıyıq. Bu oyundan öncə fantastik nəticələr əldə etmişdik”.
“Qağayılar” hazırda İngiltərə çempionatının turnir cədvəlində 55 xalla 7-ci, “Everton” isə 32 xalla 17-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin