
Xoşbəxt Depay
“Atletiko”nun hücumçusu Memfis Depay İspaniya La Liqasının 21-ci turunun “Selta” ilə matçından sonra (1:0) danışıb.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan niderlandlı futbolçu paytaxt təmsilçisində çox xoşbəxt olduğunu deyib:
“Çox xoşbəxtəm. Mən bu gözəl kluba mümkün qədər çox qol vurmaq üçün gəlmişəm. Komandanın vacib fiquruna çevrilməliyim. Bunun üçün daha çox fərqlənməliyəm”.
29 yaşlı oyunçu 2021-2023-cü illərdə “Barselona”da çıxış edib. O, 2023-cü ilin yanvarında “Atletiko”ya keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin