“Mən sadəcə oynamaq istəyirəm” – “Liverpul”un futbolçusu
“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnolddan gələcəkdə mərkəz yarımmüdafiəçisi mövqeyinə keçmək istəyib-istəmədiyi soruşulub.
Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu milli komandanın baş məşqçisiylə bu məsələni müzakirə etdiklərini bildirib:
“Qərarı həmişə baş məşqçi verir. Qaret Sautqeytlə (İngiltərə millisinin baş məşqçisi) bu məsələni müzakirə etdik. O, bu və ya digər mövqedə necə oynamalı olduğumu söylədi. İldən-ilə inkişaf etdim, getdikcə daha çox yarımmüdafiəçiyə çevrildim. Yarımmüdafiədə topa sahib olmaqdan və komandanın uğurunun bir hissəsi olmaqdan zövq alıram.
Matçın əvvəlindən yarımmüdafiəçi oynamağın və ya oyun zamanı mövqeyimi dəyişməyin mənim üçün fərqi yoxdur. Mən sadəcə oynamaq istəyirəm. Müdafiəçi, yoxsa mərkəz yarımmüdafiəçisi? Əslində hər ikisi. Hər şey baş məşqçinin dəqiq nə istədiyindən asılıdır”.
Bizi Facebook-da izləyin