Lempard ona vaxt verilməməsindən şikayətləndi

Dünən “Çelsi”dən istefaya göndərilən Frenk Lempard açıqlama verib.

Komanda.az xəbər verir ki, sosial şəbəkə hesabında istefası ilə bağlı fikirlərini paylaşan ingilis mütəxəssis, məyus olduğunu bildirib:

“Çelsi”nin baş məşqçisi olmaq böyük qürur idi. Xüsusilə də, son 18 ayda gördüyüm dəstək üçün azarkeşlərə təşəkkür edirəm. Bu işə başlayanda qarşılaşacağım çətinlikləri bilirdim. Gənc futbolçularla əldə etdiyimiz uğurlara görə qürur duyuram. Komandanın səviyyəsini artırmaq üçün yetərli vaxt verilməməsinə təəssüflənirəm. Klubun sahibinə, rəhbərliyə, məşqçilərə təşəkkür edir, uğurlar arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button