PSJ-nin prezidenti razı qalıb

PSJ-nin rəhbəri Nasser Əl-Xələfi komandasının UEFA Çempionlar Liqasının ümumi mərhələsindəki çıxışını şərh edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, parislilərin prezidenti məşqçilər heyətinə və oyunçulara güvəndiklərini bildirib:

“Komandanın oyunundan razıyıq. Bu mərhələ asan deyildi. PSJ pley-offa yüksəlib, bu, yaxşı nəticədir. Layihəmizə inanırıq. Biz məşqçilər heyətinə və oyunçulara güvənirik”.

Paris təmsilçisi Çempionlar Liqasının ümumi mərhələsinin son oyununda səfərdə “Ştutqart”ı 4:1 hesabı ilə məğlub edib. Luis Enrikenin komandası 8 turdan sonra turnir cədvəlini 15-ci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button