“Varta”nın baş məşqçisi azərbaycanlı futbolçunu təriflədi

Polşanın “Varta” komandasının baş məşqçisi David Şulçzek ölkə çempionatının 24-cü turunda LKS ilə keçirəcəkləri oyun ərəfəsində rəqibin azərbaycanlı futbolçusu Rahil Məmmədovu tərifləyib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis Lodz təmsilçisinin heyətində bir neçə oyunçunu fərqləndirib. O, Rahil Məmmədovu LKS-in ən güclü futbolçularından biri adlandırıb:

“LKS qış fasiləsindən sonra daha yaxşı oynayır. Buna transferlər təsir edir. Rahil Məmmədov, Hüseyn Baliç kimi futbolçular mövsümün əvvəlindən Lodz komandasında çıxış etsəydilər, yəqin ki, xalların sayı 13-dən çox olardı”.

Bu gün keçiriləcək “Varta” – LKS matçı saat 22:00-da başlayacaq. LKS hazırda 13 xalla turnir cədvəlinin son pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button