“Komandanı ruhdan salmış kimi hiss edirəm” – “Tottenhem”in hücumçusu

“Tottenhem”in hücumçusu Son Hın Min “Çelsi”yə məğlubiyyəti (3:4) şərh edib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bu məğlubiyyətə görə məyus olduğunu bildirib:

“Bu, çox məyusedicidir. İndi nə deyəcəyimi bilmirəm. Çox axmaq qollar buraxdıq, sanki məğlubiyyət xırda detallara görə oldu. Belə böyük matçlarda çıxıb qol vurmaq lazımdır. Komandanı ruhdan salmış kimi hiss edirəm, çox təəssüf edirəm. Biz belə qol buraxmamalı, belə vəziyyətlərə düşməməliyik. Bütün günü burada durub səhvlərdən danışa bilərəm, amma günahı öz üzərimə götürməyi üstün tuturam, çox gözəl epizodlarım oldu. Mən də insanam. Belə çətin anlarda biz bir yerdə olmalıyıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button