Komandanı Premyer Liqada saxla, milyonlar qazan!

“Lids” Premyer Liqadakı yerini qoruyub saxlasa, yeni baş məşqçisi Sam Ellardays 3 milyon funt-sterlinqdən çox qazanacaq.

Komanda.az xəbər verir ki, “The Times”-ın məlumatına görə, baş məşqçinin əsas maaşı 500 min funt-sterlinq olacaq. “Lids” Premyer Liqadan aşağı liqaya düşməsə, Ellardays 2,5 milyon funt-sterlinqdən çox bonus alacaq.

12 oyunluq fəaliyyətdən sonra “Lids”dən ayrılan ispaniyalı Xavi Qrasiyanı əvəzləyən Ellardaysın debütü mayın 6-na təsadüf edəcək. “Lids” həmin gün Premyer Liqanın 35-ci turunda “Mançester Siti”nin qonağı olacaq. Ellerdays daha əvvəl “Vest Bromviç”, “Everton”, “Kristal Pelas”, “Sanderlend”, “Blekbern”, “Bolton” kimi klublarda çalışıb.

Premyer Liqanın 34 turundan sonra “Lids” 30 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komandanın Premyer Liqada dörd oyunu var: səfərdə “Mançester Siti” və “Vest Hem”lə, evdə “Nyukasl” və “Tottenhem”lə.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button