ÇL: Koman rekorda imza atdı
“Bayern” UEFA Çempionlar Liqasının 1/8 finalında PSJ-ni məğlub edib (1:0).
Komanda.az xəbər verir ki, bu matç görüşdə yeganə qolun müəllifi olan Kinqsli Koman üçün əlamətdar olub.
Fransalı futbolçu turnirdə çıxdığı 50-ci matçda 39-cu qələbəni bayram edib. Bununla da, o, yeni rekorda imza atıb.
Öncədən rekord Yozua Kimmixə məxsus idi (50 matç, 38 qələbə). İlk beşliyə Kazemiro, Tomas Müller, İsko (37) və Daniel Karvahal (36) daxildir.
“Bayern”lə PSJ arasındakı cavab oyunu martın 8-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin