“Komandamızın gənc olmasının bu nəticəyə dəxli yoxdur” – Lempard

İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində “Şeffild Yunayted”lə 2:2 hesablı bərabərliyə razılaşan “Çelsi”nin baş məşqçisi Frenk Lempard açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis, matçın çətin keçdiyini deyib:

“Nəticə birbaşa müdafiəmizlə bağlı deyil. Buraxılmış qollar həm hücumda, həm də müdafiədə səhvlərin nəticəsidir. Qarşılaşmada üstünlüyü əldə etdikdən sonra oyundan qopduq. “Şeffild Yunayted” çətin rəqibdir. Bizim hesabı 2:0 etməyimiz nəticəni həll etmədi. Təəssüf ki, qolları çox tez buraxdıq. Bu hesabı fərdi səhvlərin nəticəsi deyil, komandanın uğursuzluğu kimi qəbul etməliyik. Üstəlik, komandamızın gənc olmasının da bu nəticəyə dəxli yoxdur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button