
“Barselona” titullar uğrunda mübarizə aparmağa hazırdır”
“Barselona”nın qapıçısı Mark-Andre Ter Ştegen komandanın İspaniya çempionatının yeni mövsümündəki iddialarından danışıb.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, almaniyalı futbolçu, “Barselona”nın oyunçularında böyük həvəsin olduğunu bildirib:
“Komandamız titullar uğrunda mübarizə aparmağa hazırdır. “Barselona”nın oyunçularında böyük həvəs var. Rəqabət edə biləcəyimiz güclü heyətimiz var. Bu, kuboklar qazanmağa çalışacağımız uzun bir mövsüm olacaq”.
“Barselona” ötən mövsüm La Liqanı 2-ci pillədə başa vurmuşdu. Kataloniyalılar yeni mövsümə avqustun 17-də “Valensiya” ilə oyunla başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin