
“Komandamın kuboku qazanması üçün hər şey etməyə hazıram”
“Napoli”nin hücumçusu Viktor Osimhen Afrika Millətlər Kuboku haqqında danışıb.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, nigeriyalı forvard yığma komandanın bu turnirin qalibi olması üçün əlindən gələni edəcəyini bildirib:
“Komandamın Afrika Millətlər Kubokunu qazanması üçün hər şey etməyə hazıram. Ola bilsin ki, bir gün bu uğuru əldə edəcəyik. Bundan sonra mən rahat nəfəs ala biləcəm”.
Osimhen 2017-ci ildən Nigeriya millisində çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin