“Ağrı və təəssüf hissi keçirirəm” – “Real”a uduzan baş məşqçi

“Real Sosyedad”ın baş məşqçisi İmanol Alquasil İspaniya kubokunun yarımfinal matçında “Real”la qarşıdurmanın nəticəsi haqda danışıb.

Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında ağrı və təəssüf hissi keçirdiyini bildirib:

“Real” ilk dəfə deyil ki, çox çətin vəziyyətdə oyunu dəyişdirə bilir. Mən ağrı və təəssüf hissi keçirirəm, eyni zamanda komandamın çıxışından qürur duyuram”.

“Real Sosyedad” ilk yarımfinal matçında evdə uduzsa da (0:1), az qala “Santyaqo Bernabeu”da finala vəsiqə qazansın. Qonaqlar 3:1 hesabı ilə önə keçsələr də, üstünlüklərini saxlaya bilməyibər və əlavə vaxtda Antonio Rüdigerin qolu onlara heç-heçə (4:4) etməyə imkan verib ki, bu da “Real”a finala yüksəlmək üçün kifayət edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button