“Komandamı xilas edə bildim” – De Xea
“Mançester Yunayted”in futbolçusu David de Xea İngiltərə Premyer Liqasının 19-cu turunun “Bornmut”la görüşünü (3:0) dəyərləndirib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, “qırmızı şeytanlar”ın ikinci qolundan sonra rəqibin hücumlarından danışıb:
“Yaxşı oynadıq. Cərimə zərbəsindən qol vura bildik. İkinci hissənin əvvəlində oyuna nəzarət etdik. Düzdür, rəqib ikinci topdan sonra təhlükəli hücumlar etdi. Amma komandamı xilas edə bildim. Üç xal qazandıq. Paltardəyişmə otağında hamının qələbəyə ac olduğu hiss olunurdu”.
Hazırda “Mançester Yunayted” 35 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin