Portuqaliyalı futbolçu “Mançester Yunayted”dən ayrıla bilər – AÇ-2024-dən sonra
“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes mövsümün sonunda komandanı tərk edə biləcəyi haqda danışıb.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi indi bu barədə düşünmədiyini bildirib:
“Komandamı dəyişməyi düşünsəm, bu, yalnız 2024-cü il Avropa çempionatı başa çatdıqdan sonra olacaq. Onda heç nə fikrimi yayındırmayacaq. Bu gün bu barədə düşünmürəm”.
Fernandes 2020-ci ildən “qırmızı şeytanlar”ın heyətində çıxış edir. Tərəflər arasındakı müqavilə 2026-cı ilin ortalarına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin