“Komandamdan razı qaldım” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Azarkeşlər oyunu bəyəndi. Komandamdan çox razı qaldım. Hesab oyuna görə olmadı. Penalti zərbələri komandanı yıxmadı. Bu gün “Səbail”in ən yaxşı oyunlarından birini gördüm. İkinci hissədə daha yaxşı oynadıq. Hücumda keyfiyyət çatışmırdı. Rəqib keyfiyyət hesabına üstün oldu. Mənim üçün ən əsas oyundur. “Neftçi”ni təbrik edirəm. Onlar ustalıq hesabına qələbə qazandılar. Komandamı da təbrik edirəm. Oyundan-oyuna inam formalaşdıqca daha da yaxşı olacağıq. Əlimizdə olan futbolçularla davam edəcəyik. Mən hər bir futbolçuma inanıram. Oyundan-oyuna xallar gələcək. Hərdən futbolda belə nəticələr qeydə alınır. Elmiri yalnız sarı vərəqə aldığı üçün əvəzlədim.

Bizim gözlədiyimiz oyunun qarşısında “Neftçi” daha üstün formada olmalı idi. İki penalti zərbəsi olmasaydı, hesab fərqli ola bilərdi.

Komanda əl-ələ verib vəziyyəti düzəltməlidir. Sarı vərəqələr, zədələr olur. Komandaya yeni gələn futbolçular bizə çox kömək ola bilərlər. Biz zərgər dəqiqliyi ilə çıxış edirik.

İki penalti olduğu üçün mən şikayət etməmişəm. Hakimlərlə bağlı problem yoxdur. Onlardan şikayətim yoxdur. Kiçik və böyük komanda məsələsi var. Məsələn, “Barselona” “Elçe” ilə də oynayanda bu məsələlər özünü göstərir”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button