“Komandamla qürur duyuram” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 19-cu turunun “Nyukasl”la matçını (0:0) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, oyunun çətin keçdiyini deyib:

“Komandamla qürur duyuram. Qol vurmaq üçün real şanslar yaratdıq. Bir neçə dəfə belə imkanımız oldu. İki penalti zərbəsi təyin olundu. Sadəcə son zərbəni dəqiq yerinə yetirmək üçün nəsə çatışmırdı. “Nyukasl” yaxşı komandadır. Çətin oyun oldu”.

“Arsenal” 44 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir. “Nyukasl” isə 35 xalla 3-cü yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button