“Komandam çox yaxşı futbol oynadı” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Premyer Liqanın 7-ci turunda səfərdə “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Oyunu izləyənlər gördülər ki, komandamız çox yaxşı futbol oynadı. Nəticəni bu gün qazana bilmədik. Amma heç bir halda heyfslənmək lazım deyil. Vəziyyəti real təhlil edib sabaha baxmaq lazımdır. Futbolçularımın yanındayam. Sevinirəm ki, bu gün çoxlu qol epizodu yarada bildik. Bəzi epizodlarda tələsirdik. Əsasən də orta xətdə. Bu da futbolçuların təcrübəsizliyindəndir. Matça beş yerli oyunçu ilə başladıq. Elə futbolçulardır ki, çoxdandır Premyer Liqada oynamırlar. Bu gün inadkarlıqları ilə seçilirlər, baş məşqçinin dediyini edirlər. İnanıram ki, bir az da üstünə qoyacaqlar”.
Bizi Facebook-da izləyin