“Komandam buraxılan qola yaxşı reaksiya verdi” – Toni Koskela
Finlandiyanın HİK komandasının baş məşqçisi Toni Koskelanın Avropa Liqasının 3-cü mərhələsinin “Neftçi” ilə ilk matçından sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Koskela, media nümayəndələri ilə görüşdə bunları deyib:
- Oyun gözlədiyimiz kimi keçdi. “Neftçi”nin keyfiyyəti futbolçuları var. Xüsusilə, Yusuf Laval öz driblinqləri ilə bizə problem yarada bildi. Üç gün əvvəl oyunumuz olub, hazırlaşmaq çətin idi. Məncə, yaxşı oyun alındı.
- İlk matçda artıq “Neftçi”ni tanıdız. Cavab oyununda “Neftçi”ni nəsə sürpriz gözləyir?
- Təbii ki, hər iki komandada bəzi dəyişikliklər olacaq. Cavab oyununda hər hansı sürpriz ola bilər.
- “Neftçi” qol vurandan sonra ardıcıl qollar vurduz. Bu, nə ilə bağlı idi?
- Ümid edirdim ki, qol buraxmayacağıq. İlk 20-30 dəqiqədə yaxşı oynadıq, sonra yorğunluq büruzə verməyə başladı. Qol oyunun gedişatını dəyişdi. Sevindirici haldır ki, futbolçularım buraxılan qola yaxşı reaksiya verdilər. İkinci hissədə komandam çox hücum edə bilmədi.
- “Neftçi”nin baş məşqçisi Samir Abasov Finlandiya çempionatının davam etməsinə görə, sizin daha hazırlıqlı olacağınızı dedi. Siz isə əksinə, yorğunluq olduğunu deyirsiz. Çempionatın davam etməsi sizin üçün üstünlükdür, yoxsa əksi?
- Həm üstünlükdür, həm də deyil. “Neftçi”nin 5-6 həftəlik hazırlıq vaxtı oldu. Ancaq biz uzun müddət hazırlaşa bilmədik. Ümumilikdə, çempionatın davam etməsi və rəsmi oyunların keçirilməsi üstünlük hesab edilə bilər.
- Nəticədən məmnun qaldızmı və şansları necə dəyərləndirirsiz?
- Buraya nəticə üçün gəlmişdik və 2:2 mənim üçün qənaətbəxşdir. Cavab oyununu evdə oynayacağıq. Bu, bizim üçün üstünlükdür. Ümumi götürsək, 2:2 hesabı qənaətbəxşdir.
- “Neftçi”nin vurduğu qollar yaxşı idi, yoxsa HİK-in sərgilədiyi oyun?
- Həm qollar, həm də nəticə oyunun ümumi mənzərəsidir. Hansınısa fərqləndirməzdim. Hazırda Finlandiyada 16-17 dərəcə isti var. Ancaq burada belə isti ilə oynamaq çox çətin idi.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin