
“Komandam buqələmun kimi idi” – Simeone
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 23-cü turunun “Real”la görüşünü (1:1) şərh edib.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, “hindular”ın çalışdırıcısı komandasını buqələmuna bənzədib:
“Yaxşı matç oldu. Komandam buqələmun kimi idi. Rəqib oyunu idarə edirdi. Biz çox yaxşı əks-hücumlar reallaşdırdıq”.
“Atletiko” hazırda İspaniya çempionatının turnir cədvəlində 42 xalla dördüncü, “Real” isə 52 xalla ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin