
Simeone: “Bizi böyük rəqiblə oyun gözləyir”
“Real”ın baş məşqçisi Dieqo Simeone UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin “Real”la ilk oyunu öncəsi fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı çalışdırıcı belə bir oyunu paytaxt şəhəri üçün böyük hadisə hesab edir:
“Komandalardan birinin növbəti mərhələyə yüksəlməsi ölkə üçün böyük uğur olacaq. Bu səviyyəli matçlarda ən xırda detallar belə, çox önəmlidir. Bunu həm onlara, həm də bizə aid etmək olar. “Real”la oyunlarda çox belə hallarla qarşılaşmışıq. Hər şeyin öhdəsindən yaxşı gələn komanda növbəti mərhələyə yüksələcək. Qarşıda bizi böyük rəqiblə oyun gözləyir”.
Madrid derbisi bu gün baş tutacaq və qarşılaşmanın start fiti saat 00:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin