“Çelsi”dən ayrılmaq istəyir
“Çelsi”nin müdafiəçisi Sesar Aspilikueta komandadan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “İnter” klubu onu transfer etməyi düşünür. Eyni zamanda, Almaniya “Bayern”i də müdafiəçini almaq variantını nəzərdən keçirir.
İspaniyalı futbolçu 2012-ci ilin avqustundan London təmsilçisində forma geyinir. O, 2022/23 mövsümündə “zadəganlar”ın heyətində 32 oyuna çıxıb.
Aspilikuetanın “Çelsi” ilə hazırkı müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin