“Komandadakı hər kəs bilir ki…” – “Liverpul”un futbolçusu
“Liverpul”un yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn komandanın qarşıdakı mövsüm üçün hədəflərindən danışıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Oksleyd-Çemberleyn bütün mükafatları qazanmaq istədiklərini bildirib:
“Komandadakı hər kəs bilir ki, bizim eyni məqsədimiz var, o da hər şeyi qazanmaqdır. Keçən il bizim üçün real fürsət idi. Açığı, həqiqətən yaxşı mövsüm keçirdik, iki kubok qazandıq. Amma bəli, düşünürəm ki, hər birimiz hər bir yarışda uğurla mübarizə apara biləcəyimizi bilirik. Xüsusən də, indi heyətimiz bunu etməyə imkan verir”.
Ötən mövsüm “Liverpul” Liqa kubokunu və İngiltərə kubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin