“Komandadakı əhval-ruhiyyə uzun illər ərzində ən yaxşısıdır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Yanq Boyz”la Çempionlar Liqası matçından gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis komandadakı əhvalı-ruhiyyənin yaxşı olduğunu bidirib:

“Pley-offa çıxmaq şansı çox şey deməkdir. Sakit qalmağa və “Yanq Boyz”a qarşı ilk oyunu nəzərdən keçirməyə çalışacağıq, çünki bir neçə şeyi tənzimləməliyik. Ümid edirəm ki, oyunu qələbə ilə başa vura bilərik. Komandadakı əhval-ruhiyyə uzun illər ərzində ən yaxşısıdır”.

52 yaşlı məşqçi 2016-cı ildən “şəhərlilər”ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda beş dəfə İngiltərə çempionatının, iki dəfə İngiltərə kubokunun və superkubokunun, bir dəfə Çempionlar Liqasının və UEFA superkubokunun qalibi olub.

“Mançester Siti” – “Yanq Boyz” görüşü bu gecə saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button