“Komandada qələbəyə inam yox idi” – Ramin Quliyev
“Sabah”ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Quliyev, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
- Qələbə qazandıq. Ağır oyun oldu. Komandada qələbəyə inam yox idi, neçə ay idi qalib gələ bilmirdik. Qələbə həm ağır, həm də şirin oldu. Bu gün meydanda komanda ruhunu, istəyi gördük.
- Komandada gəlişinizdən sonra nəyi dəyişdiz?
- Komandada özünəinam yaratmışıq. Əvvəl komandada ruh, özünəinam yox idi. Bacardığımız qədər çalışdıq. Qısa müddətə komandanı hazır etmək olmur. Milli fasiləyə görə komanda şəraitində məşq etmək alınmırdı.
- Qarşınıza hansı hədəf qoyulub?
- Mən burada müvəqqətiyəm, qarşıma hansısa hədəf qoyulmayıb.
- Komandanın avrokuboklara çıxmaq şansı var?
- İki-üç qələbə bizə daha yuxarılara aparacaq. Bunlar alınarsa, niyə də olmasın?
- Ramil Şeydayev sizin gəlişinizdən sonra əsas heyətdə oynayır. Nə oldu ki, ehtiyatda qalan Ramil yenidən əsas heyətdə yer alır və komandasının qələbə qolunu vurur?
- Ramil potensial olaraq çox keyfiyyətlidir. Ona inam lazım idi. Bu gün onu sona qədər meydanda saxlamağıma səbəb də bu idi. İnanıram ki, yaxın zamanda yaxşı Ramili görəcəksiz.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin