“Koselninin hərəkətinə çox təəccübləndim” – Arsen Venger
İngiltərənin “Arsenal” klubunun keçmiş baş məşqçisi Arsen Venger, Loran Koselni ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 69 yaşlı mütəxəssis, “topçular”la birlikdə yeni mövsümə hazırlıq çərçivəsində ABŞ-a getməkdən imtina edən futbolçuyla bağlı bunları deyib:
“Bu vəziyyətə, Koselninin hərəkətinə çox təəccübləndim. Komandada baş verənləri bilmirəm, amma Loranın mənimlə rəftarı hər zaman yaxşı olub. Mən bir insan kimi onu yüksək qiymətləndirirəm”.
Fransalı mütəxəssis 1996-2018-ci illər aralığında London komandasını çalışdırıb. Koselni isə 2012-ci ildən “Arsenal”da çıxış edir. Onun müqaviləsi 2020-ci ildə başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin