Keyn komanda yoldaşlarına təşəkkür etdi

İngiltərə millisinin və “Bayern”in hücumçusu Harri Keyn “Herd Müller” mükafatı almasını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu komanda yoldaşlarına təşəkkür edib:

“Gözəl axşam oldu. “Herd Müller” mükafatına layiq görüldüm. Komanda yoldaşlarıma təşəkkür edirəm, onlar olmasaydı, bu baş verməzdi. Dəstək sözləriniz üçün hamınıza minnətdaram, bunu çox yüksək qiymətləndirirəm”.

“Qızıl top” mərasimi oktyabrın 28-də baş tutub. Mükafatın qalibi “Mançester Siti”nin ispaniyalı yarımmüdəfiçisi Rodri Hernandes olub. “Real”ın hücumçusu Vinisius Junior ikinci, onun komanda yoldaşı Çud Bellingem isə üçüncü yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button