Komanda yoldaşını təhqir etdi
“İnter” İtaliya A Seriyasının 22-ci turunda “Sampdoriya” ilə qarşılaşıb (0:0).
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, matçın 40-cı dəqiqəsində Milan təmsilçisinin futbolçuları Romelu Lukaku və Nikolo Barella arasında mübahisə yaranıb.
Barellanın oyun zamanı Lukakuya qarşı əllərini qaldırması onun xoşuna gəlməyib. Nəticədə, belçikalı hücumçu italiyalı oyunçuya qarşı təhqiramiz ifadələr işlədib.
“İnter” hazırda İtaliya çempionatının turnir cədvəlində 44 xalla ikinci, “Sampdoriya” isə 11 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin