Neymara dəstək: “Günahsız olduğunu sübut edəcək”

PSJ-nin və Braziliya millisinin üzvü Neymarın bir qadına təcavüz etməkdə günahlandırıldığını xəbər vermişdik.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda yığmanın düşərgəsində olan Neymara komanda yoldaşı Fernandinyo dəstək olub. “Mançester Siti”də çıxış edən Fernandinyo Neymarın günahsız olduğuna inandığını deyib:

“Neymar günahsız olduğunu sübut edəcək. Buna inanıram. Hər şey həll olunduqdan sonra o, sakit qalıb, işinə davam edəcək”.

Neymar bir qadına təcavüz etməkdə günahlandırılır. Adının açıqlanmasını istəməyən qadın, 27 yaşlı futbolçu tərəfindən təcavüzə uğradığını deyib.

Braziliyada yaşayan qadın, Neymarla “instagram”da tanış olduğunu və futbolçunun dəvəti ilə Parisə getdiyini deyib. Neymarla oteldə görüşdüyünü deyən qadın, futbolçunun sərxoş olduğunu və ona təcavüz etdiyini bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button