Komanda yoldaşı Messinin şəklini kürəyinə döymə etdirdi – FOTO

Argentina millisinin müdafiəçisi Nikolas Otamendi yığmadakı komanda yoldaşı, 2022-ci ilin dünya çempionu Lionel Messinin surətini kürəyinə döymə etdirib.

Komanda.az xəbər verir ki, döymədə PSJ-nin hücumçusunun dünya kubokunu sığalladığı görünür. Şəklin altında “Mənə sehrin olmadığını necə sübut edəcəklər?” yazısı döymə edilib. Həmçinin, Fransa millisi ilə final matçının tarixi də döymədə əks olunub.

Messi Qətərdəki dünya çempionatında Argentina millisində 7 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Argentina yığması final matçında Fransaya qalib gələrək (3:3, penaltilərlə 4:2), DÇ-2022-nin qalibi olub. 35 yaşlı argentinalı hücumçu turnirin ən yaxşı oyunçusu seçilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button