Komanda yoldaşı ilə zarafata görə 1 oyunluq cəza
“Mançester Siti”nin futbolçusu Bernardo Silva sosial şəbəkə hesabında komanda yoldaşı Benjamin Mendiyə etdiyi zarafata görə cəza alıb.
Komanda.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası portuqaliyalı oyunçunu irqçilikdə ittiham edərək 1 oyunluq cəza kəsib. Bundan əlavə, Bernardo Silva 50 min funt-sterlinq məbləğində cərimə də ödəyəcək.
Xatırladaq ki, Bernardo Silva sentyabrın 22-də “Tvitter”də Benjamin Mendinin uşaqlıq şəklini və bir şokolad markasının maskotunu paylaşaraq, izləyicilərinə “kim olduğunu təxmin edin” sualını ünvanlamışdı. Amma bu addımına görə ciddi təzyiqlərlə üzləşən futbolçu həmin paylaşımını silmək məcburiyyətində qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin