Komanda yoldaşı ilə mübahisə edib – “Mançester Siti”yə görə
“Roma”nın futbolçusu Nemanya Matiç hesab edir ki, “Mançester Siti”nin bu mövsüm trebl şansı var.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi bir pis nəticənin hər şeyi dəyişə biləcəyini, lakin “Mançester Siti”nin çempionluq şansının daha çox olduğunu bildirib:
“Məncə, bəli, “Mançester Siti” iştirak etdiyi bütün turnirlərdə qələbə qazana bilər. Bir neçə ay əvvəl Temmi Abrahamla (“Roma”nın hücumçusu) paltardəyişmə otağında mübahisə etdik. O, “Arsenal”ın Premyer Liqada çempion olacağını söylədi. Mən isə “Mançester Siti”nin qalib gələcəyini dedim.
Hər şey onların əlindədir. Onların bu cür matçlarda oynamaq təcrübəsi var. Bir pis nəticə hər şeyi dəyişə bilər, lakin “Mançester Siti”nin şansı daha çoxdur”.
MS hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 76 xalla 1-ci, “Arsenal” isə 75 xalla 2-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin