“Komanda üçün hər şeyimi verərəm” – MY-nin futbolçusu

“Mançester Yunayted”in yarımmüdafiəçisi Sofyan Amrabat müdafiənin sol cinahında oynamağın öhdəsindən necə gəldiyini açıqlayıb.

Komanda.az “Centre Devils”-ə istinadən xəbər verir ki, mərakeşli futbolçu komandanın müdafiəçiləri Luk Şou və Serxio Regilon zədələndiyi üçün bu mövqedə oynamalı olduğunu bildirib:

“Bacardığım qədər çalışıram. Təbii ki, mən sol cinah müdafiəçisi yox, dayaq yarımmüdafiəçisiyəm, amma komandanın orda oynamaq üçün mənə ehtiyacı var. Mən lazımi mövqedə oynayıram və komanda üçün hər şeyimi verərəm”.

27 yaşlı futbolçu bu yay “Fiorentina”dan “qırmızı şeytanlar”a keçib. O, bu mövsüm Premyer Liqada 3 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button